Təhqir etdilər: "Bunu qəbul eləməyən biri varsa, s... gedə bilər” - FOTO

“Şalke” azarkeşləri bu yaxınlarda “Bavariya” ilə 4 illik müqavilə bağlayan Leon Qoretskanın bu addımından narazı qalıb.

 

Sportinfo.az xəbər verir ki, Helzenkirhen təmsilçisinin fanatları Bundesliqanın 19-cu turu çərçivəsində baş tutmuş “Hannover”lə ev oyununda (1:1) mövsümün sonunda Münhen klubuna qoşulacaq Qoretska əleyhinə pankart açıblar. 

 

Azarkeşlər futbolçunun ünvanına nalayiq ifadə işlədiblər. Onlar pankartda belə yazıblar: “Nə pul, nə də kubok bir klubdan daha dəyərlidi. Bunu qəbul etməyən biri varsa, s... gedə bilər”.

 

Bu yaxınlarda “Bavariya” ilə 4 illik müqavilə bağlayan 22 yaşlı futbolçu, mövsümün sonuna kimi “Şalke”də çıxış edəcək.

Tarix: 22 Yanvar 16:48    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.