"Qəbələ" Latviya millisinin qapıçısına rəsmən elçi düşdü

Aqil Məmmədovun «Neftçi»yə qayıtmasına icazə verən «Qəbələ» Dmitri Bezotosnıya əvəzedici arayışındadı.

 

Bu axtarışlar ölkə xaricində davam edir.


Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın gümüş medalçısı «Ventspilis»in qapıçısı Maksim Uvarenkoya təklif göndərib.

 

Vaxtilə Latviyanın 17 yaşlılardan ibarət millisinin çərçivəsini qorumuş kiper bu dəvətə müsbət yanaşıb. Vaxtilə Liberets «Slovan»ının, Sofiya MOİK-nin, «Zlate»nin şərəfini qorumuş «əlcək sahibi»nin Azərbaycana təşrif buyurması Latviya klubunun rəhbərliyindən asılıdı.

 

Onun «Ventspilis»lə mayadək müqaviləsi var və hələlik görünən budu ki, Baltikyanı ruspublika təmsilçisi Uvarenkoyla vidalaşmağa hazırlaşmır.

Tarix: 22 Yanvar 16:36    Oxunub: 576    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.