"Xəzər Lənkəran" AFFA-nin klubu olmaqdan imtina edib"

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu son günlər sosial şəbəkədə müzakirə olunan kluböunf utbol səhnəsinə qayıtması yolları mövzusuna fikir bildirib.

 

Sportinfo.az xəbər verir ki, klub rəsmisi bununla bağlı şəxsi profilində status paylaşıb:

 

"Jurnalist Rəsul Şükürsoyun ideyası ilə bagli mənə bu günə kimi hər hansi sual yaxud mövqe bildirmə isteyi hətta müzakirəyə tag edən olmayib.

 

Olmadigi halda məni kimse gore bilmirse bu onun problemidi. "Xəzər Lənkəran"ın qayıtması üçün bütün ideya və istəkləri alqışlayıram. Amma və lakin..

 

Ideyanin ümumi planı istəyərək yaxud istəməyərək AFFA nin planına uygun gəlir və ya uygundu. Belə ki, yazılanlar en pis formada gerçəkləşsə belə, klubun bazasını ələ keçirə bilməyən federasiya yuxarılar qarşısında məsələ qaldıracaq - "azarkeşlər, ziyalılar, müxtəlif təbəqədən olan insanlar futbolun bərpasını istəyirlər və onlarin istəyini reallaşdırmaq üçün infrastruktur hazırkı sahibindən geri alınmalıdı".


Bununla da ölkənin ən sərbəst və azad klubu AFFA nin əlinə kecir, nəticədə Gəncə boyda camiənin önünə atilan AFFA klubunun Lənkəran variantı yaranir - 500 manatliq futbolçular və autsayder komanda.

 

Bildiyim qədəri ilə (ki, bunu məndən hər halda yaxşı bilən olmaz) XL camiəsi ilk gündən AFFA-nin klubu olmaqdan imtina edib.


Son olaraq qeyd edim ki, mən Rəsul beyin AFFA nin planının icracisi oldugunu qətiyyən vurgulamiram yaxud ittiham etmirəm. Sadəcə, plan və ideyalar ona uyğundu deyirəm. Hər kəsə ugurlar!".

 

Tarix: 22 Yanvar 15:36    Oxunub: 630    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.