Niyə hələ də Rəşad Sadıqovdan əl çəkə bilmirik?

Bu gün ölkə futbolunda ən yaralı yerimizdən biri də yerli mərkəz müdafiəçilərinin qıtlığı, hətta demək olar ki, olmamasıdı. Xüsusilə, milli komandada bu problem çox bariz bir şəkildə hiss olunur.
 
Bəhanəmiz də var, bizdə mərkəz müdafiəçisi yetişmir.
 
Niyə yetişmir, necə yetişmir, bu heç kimə maraqlı deyil. Axı futbolçu meyvə deyil ki, ağacda yetişsin. Oynamalıdı, yoxlanılmalıdı, sınanmalıdı və yetişdirilməlidi.
 
Yazacam, dostlar yenə məni qərəzdə günahlandıracaqlar.
 
"Qarabağ" Antalya toplanışında iki yoxlama oyunu keçirib, hər iki matçda müdafiənin mərkəzində Rəşad Sadıqovla Yakub Jezniçak oynayıb.
 
Rəşad milli karyerasını başa vurdu, artıq gənclər yığmasının baş məşqçisidi, 35 yaşı var, amma hələ də ondan əl çəkə bilmirik. Niyə?
 
Olmazdı ki, həmin yoxlama oyunlarında müdafiədə daha gənc oyunçulara, məsələn Elvin Yunuszadəyə şans veriləydi? Əgər sən o oyunçunu sınaq matçında belə oynatmırsansa, necə yetişsin?
 
Sadıqovla tutalım ki, bu mövsümün qalanını da yola verdik, bəs sonra? Müdafiəçi bizim üçün göydən paraşütlə düşəcək?
 
Təkcə "Qarabağ"a yox, bütün klublara aiddi.
 
Qayıdaq yenə Sadıqova. Rəşadın baş məşqçisi olduğu U-21 millisi Albaniyanın U-20 yığmasına uduzdu - 0:1. Yoldaşlıq oyunlarında hesab əsas deyil, yoxlamaq, taktikalar üzərində işləmək və s. deyə bilərsiz...
- OK.
 
Bu oyun "Qarabağ"ın yoxlama matçından bir gün sonra olması diqqətimi çəkdi. Olmazdı ki, Rəşad müəllim bir gün əvvəl əhəmiyyətsiz Lexiya ilə matçda oynamayıb komandasının başında olardı, daha yaxşı hazırlaşardı?
 
Bəlkə də mən səhv bilirəm, amma fakt budu ki, növbəti oyunda millinin mərkəz müdafiəçisi mövqeyi hələ də boşdu. Bədavi zədəlidi, Rəşad karyerasını bitirib, Rasim, Elvin ehtiyatdadı.
 
Ümid qalır kimə?
 
Zaur Xudiyev
Tarix: 22 Yanvar 14:48    Oxunub: 325    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.