"Bəzən atam axmaq-axmaq danışır, 10 dəfə demişəm ki..."

“Çelsi”nin futbolçusu Eden Hazard atasının onun “Real”a keçmək istədiyi üçün klubunun təklfini rədd etməsi ilə bağlı dediyi fikirlərə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi atasının bəzən bu cür axmaq sözlər danışdığını deyib:

 

“Bəzən atam axmaq-axmaq danışır. Mən onunla bu barədə söhbət etdim. Mənim “Çelsi” ilə 2 illik müqavilməm var.

 

Burda hər şeydən məmnunam. Artıq 10 dəfə demişəm ki, mövsümün sonunda qərar verəcəm. Ancaq qeyd etdiyim kimi, “Çelsi”də hər şey məni qane edir”.

 

İspaniya mətbuatı da 2012-ci ildən London klubunda çıxış edən Hazardı "Real"ın transfer etmək istədiyini yazıb. 

Tarix: 22 Yanvar 14:36    Oxunub: 154    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.