Suares Messinin "Barsa"da bacarmadığını etdi

İspaniya çempionatının 20-ci turunda “Barselona” “Betis”i darmadağın edib - 5:0.

 

Sportinfo.az xəbər verir ki, Luis Suares bu qarşılaşmada dubl edib.

 

Bununla da uruqvaylı futbolçu “Barsa”da vurduğu qolların sayını 100-ə çatdırıb. O, La Liqada 100 qol vuran 5-ci “Barsa”lı olub.

 

Suares bu göstərici ilə klub tarixinə də düşüb. O, 100 qolu cəmi 114 oyunda vurub ki, bu da klub tarixinin ən yaxşı göstəricisidi.

 

Buna qədər ən yaxşı göstərici Samuel Etoya məxsus idi. Eto 100 qolu 130 oyunda vurmuşdu. Lionel Messi isə bu göstəriciyə 154 oyunda çatıb. Ladislav Kubala 132, Sesar isə 159 oyunda 100 qol vurmağı bacarmışdı.

Tarix: 22 Yanvar 13:36    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.