Azərbaycanlı hakimlərin idarə etdikləri oyunda inanılmaz insident! - FOTOLAR

Türkiyənin Antalya bölgəsində azərbaycanlı hakimlərin idarə etdikləri “Olimpik” (Donetsk, Ukrayna) – “Korona” (Polşa) oyununda insident baş verib.

 

Sportinfo.az hər iki klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuların kobud oyunu 45+1-ci dəqiqədə kütləvi davaya səbəb olub.

 

Nəticədə matçın referisi Nail Nağıyev polşalıların heyətində Marçin Tsebula və Radek Deymekə qırmızı vərəqə göstərib.

 

Lakin baş hakim köməkçiləri Yaşar Abbasov və Elşad Abdullayevlə məsləhətləşdikdən sonra sonuncunun “qırmızı”sını sarı vərəqə ilə əvəzləyib.

 

Fasilədə hər iki komandanın baş məşqçiləri azərbaycanlı hakimlərdən görüşə 11 nəfərlər davam etməyi xahiş ediblər. Onların istəyi təmin olunub. Belə olan halda Tsebulanın əvəzinə meydana başqa bir futbolçu çıxıb.

 

İlk hissənin əvvəlində isə Donetsk təmsilçinin futbolçusu Zurab Oçiqava rəqib oyunçu Oliver Petraka qarşı kobud oyuna görə qovulub. Lakin yenə meydanda balans pozulmayıb.

 

Sadəcə, onun əvəzinə meydana komanda yoldaşı çıxıb. İkinci hissənin sonrakı bölümlərində də zaman-zaman ehtiraslar coşub. Lakin referi daha heç kimi meydandan qovmayıb. Görüş isə tərəflərin səylərinə rəğmən, qolsuz yekunlaşıb. 

 

Tarix: 22 Yanvar 13:24    Oxunub: 416    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.