"Qarabağ"ın təklif göndərdiyi hücumçunun adı yalnız Sportinfo.az-da!

Ardıcıl ikinci mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək iddiasında olan «Qarabağ»ın maraq dairəsində olan daha bir futbolçunun adı dəqiqləşib.

 

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu hazırda Xorvatiyada «Hayduk»un şərəfini  qoruyan Frank Ohandzaya təklif göndərib.

 

Kamerunlu forvard «Qarabağ»a keçməyə ilkin razılıq versə də, «Hayduk» rəhbərliyinin bu keçid üçün qarşı tərəflən böyük məbləğdə kompensasiya istədiyi bildirilir. 

 

26 yaşlı forvard ölkəsinin 20 yaşlılardan ibarət yığmasında 12 oyun keçirib, 10 qol vurub. Məhsuldarlığı ilə seçilən afrikalı vətənində - «Daqa Yunq Stars»da ilk addımlarını atıb.

 

2011-ci ildə ilk dəfə legioner həyatı aşayıb. «Buriram»ın heyətində Tailand çempionatında çıxış edib.

 

Azərbaycan futbolsevərlərinə kifayət qədər tanış simanın rəhbərliyi altında. 2012-2013-cü illərdə «Bakı»nı çalışdıran Bojidar Bandoviç həmin vaxt qaradərili hücumçunun baş məşqçisi olub. «Buriram»da 22 oyuna 19 dəfə fərqlənən Ohandza alman skautların diqqətini özünə çəkib.

 

2012-ci ildə bu ölkəyə yollanan qaradərili «Qreyter Furt»un şərəfini qoruyub. Növbəti il «İraklis»ə icarəyə verilib və Yunanıstat çempionatında 10 matçsa çıxaraq 3 dəfə adını tabloya yazdırıb.

 

2014-cü ildə Xorvatiyaya gələn hücumçu öncə «Sesvet»ə keçib. 22 qarşılaşmada 15 qola imza atan «qara qitə»nin nümayəndəsi 2015-ci ildə Split «Hayduk»una transfer olunub.

 

47 görüşdə 15 dəfə rəqibləri məyus edən Ohandzanın müqaviləsi mövsümün sonunda başa çatır.

Tarix: 22 Yanvar 12:36    Oxunub: 863    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.