Ardıcıl 4 məğlubiyyət səbr kasasını daşırdı: Baş məşqçi öz köməkçiləri ilə birgə qovuldu

"Hamburq” baş məşqçi Markus Qisdolu istefaya göndərib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Komandanın son turlarda ardıcıl dörd məğlubiyyətlə üzləşməsi rəhbərliyin səbr kasasını daşırıb və baş məşqçi öz köməkçiləri ilə birgə qovulub.

 

Qisdol “Hamburq”u 2016-cı ilin sentyabr ayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqanın cari mövsümündə 19 tura cəmi 15 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Tarix: 22 Yanvar 12:12    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.