Azərbaycan - İran qarşılaşmalarına təyinatlar açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin İran yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün təyinatlar açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, yanvarın 23-də və 24-də Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşmanı yerli hakimlər idarə edəcəklər.

 

23 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov

 

24 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

 

 Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək.

 

Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Tarix: 22 Yanvar 12:00    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.