"Qarabağ"a verilən obyektə maya buraxan tapıldı

Tofiq Bəhramov adına Respublika Stadionunda fəza konstruksiyasına ümumi baxış və xidmət işləri ilə bağlı tender keçirilib və qalibin adı açıqlanıb.


Arena rəhbərliyi ilə “Forte” şirkəti arasında anlaşma əldə edilib və bununla bağlı müqavilə imzalanıb.

 

Sözləşmə 30 min 146 manat dəyərində göstərilib.

 

Sportinfo.az xəbər verir ki, bunadək stadionun ot örtüyünə rəhbərlik etdiyi "Football & Sports Management" şirkəti cavabdeh idi.

 

Kompleks Gənclər və İdman Nazirliyinin balansındadı. İstifadəçisi isə «Qarabağ»dı. Ağdam klubunu himayə edən «Azərsun» şirkəti buranı 30 il müddətinə icarəyə götürüb. Arenanın bütün məsrəfləri onlar tərəfindən qarşılanır. 

 

Tarix: 22 Yanvar 11:48    Oxunub: 327    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.