Rövnəq Abdullayev “Sumqayıt”a ”yeni nəfəs” verdi

“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın ərzisində iki yeni meydanın salınacağını xəbər vermişdik.

 

Yeni salınacaq və standarlara cavab verəcək meydanlardan biri süni, digəri isə təbii örtüklü olacaq. 


Hazırda komandanın və akademiyanın istifadə etdiyi əsas meydanın süni örtüyü apreldən etibarən dəyişdiriləcək və əvəzində təbii örtük olacaq.

 

Ordan çıxarılan süni qazon isə yeni salnacaq meydanda istifadə olunacaq. Artıq əraziyə texnika cəlb olunub və qazıntı işlərinə start verilib. 


Sportinfo.az-ın məlumatına görə, bu iş əsasən SOCAR-ın, daha doğrusu, kluba sponsorluq edən «Azərikimya»nın maliyyə dəstəyi ilə icra olunur.

 

Eyni zamanda, AFFA da maddi-texniki dəstəyini əsirgəmir. Qısacası, dəyişikliklərin arxasında yalnız bu iki təşkilat dayanıb.


Artıq əminliklə deyə bilərik ki, Rövnəq Abdullayev vədini yerinə yetirir. Axı AFFA və SOCAR-ın prezidenti dekabrda bu yeniliklə bağlı danışmış, planlaşdırılan işlərin miqyasının böyük olduğunu demişdi.

Tarix: 22 Yanvar 10:12    Oxunub: 461    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.