"Neftçi" Mərakeş yığmasının yarımmüdafiəçisini baxışa çağırdı

Paraqvayın "Serro Portenyo" klubundan Fransisko Xavyer Qarsiyanı transfer edən «Neftçi» axtarışlarını gücləndirib.

 

Sportinfo.az-ın məlumatına görə, bu gün daha bir legioner paytaxt təmsilçisinin düşhərgəsinə təşrif buyuracaq.

 

Bu, 2014-cü ildən Mərakeş yığmasına dəvət alan Rohdi Ahentedi. Baxışa gələn 29 yaşlı dayaq yarımmüdafiəçisi «Brabantia»nın yetirməsidi.

 

Hollandiya vətəndaşlığına da malik Rohdi 1997-2008-ci illər aralığında PSV-nin formasını geyinib. Növbəti 3 ildə isə FC «Eyndhoven»nin uğurları üçün tər töküb.

 

2011-2014-cü illəri «Zvolle»də keçirən ərəb futbolçu növbəti mövsümdən etibrən «Vitesse»yə xidmət edib.

 

2016-ci ildə «Villem II»yə üz tutub. Cari sezonun geridə qalan hissəsini isə «Go Ahead Eagles»də tamamlayıb. 

Tarix: 22 Yanvar 10:00    Oxunub: 715    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.