Ronaldonun qaşı yarıldı FOTO

"Real"ın hücumçusu Kriştianu Ronaldonun sol qaş nahiyəsi yarılıb.

 

Sportinfo.az xəbər verir ki, hadisə futbol üzrə İspaniya çempionatının "Deportivo"ya qarşı keçirilən oyunu (7:1) zamanı, matçın sonlarında baş verib.

 

Ronaldo sağ cinahdan qapı qarşısına göndərilən topa zərbə vurmaq istəyərkən rəqib müdafiəçi Fabian Şer ayağı ilə onun başına zərbə vurub və ağır xəsarət yetirib.

 

Portuqaliyalı 83-cü dəqiqədə baş verən hadisədən sonra meydana qayıtmayıb. Bununla belə o matçda dubl edib.

Tarix: 22 Yanvar 09:36    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.