"Barselona"nın ulduzu azərbaycanlı rəssamın 2 əsərini satın aldı - VİDEO

Ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir.

 

Sportinfo.az "Xəzər TV"yə istinadən xəbər verir ki, azərbaycanlı rəssamın hazırladığı əl işlərinə hətta dünyaca məşhur şəxslər də maraq göstərir.

 

Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.

 

Rəssamın sözlərinə görə, hazırda incəsənət gimnaziyasında müəllimə kimi çalışdığına görə bu işə çox vaxt ayıra bilmir.

 

İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırldağını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.

 

Lalə Əsəgərovanın sözlərinə görə, bir sıra millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir.

 

Hətta məşhur futbolçu olan Luis Suares də Lalə xanımın iki əsərini alıb. Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.

 

Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. Bu işin vaxt aparan və səbr tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.

 

Tarix: 22 Yanvar 09:12    Oxunub: 320    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.