"Deyə bilmərəm ki, Azərbaycan çempionatının Çilidən öndə qərarlaşması düzgündü, ya yox"

“Çili futbolunun durumuna görə narahatam. Səviyyə getdikcə aşağı düşür”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Çilinin “Union Espanyola” klubunun idman meneceri, eyni zamanda məşqçilər kollecinin rəhbəri olan Fernando Dias deyib.

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bir neçə gün əvvəl dünya liqalarının reytinq cədvəlini açıqlayıb. Çili çempionatı tarixinin ən zəif nəticəsi ilə 63-cü sırada yer alıb ki, bu da Diasın narahatlığına səbəb olub.

 

Funksioner 50-ci olan Azərbaycan Premyer Liqasından geri qalmasına münasibət bildirməkdən də çəkinib:

 

“Düşünürəm ki, müəyyən tədbirlərə əl atmalıyıq. Belə getsə, cədvəlin daha aşağı pillələrində yer alacağıq.

 

Deyə bilmərəm ki, Azərbaycan, Albaniya, Belarus çempionatlarının Çilidən öndə qərarlaşması düzgündü, ya yox. Amma əminəm ki, bir neçə il əvvəlki Çilidən çox geri qalırıq”.

 

Tarix: 21 Yanvar 21:36    Oxunub: 317    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.