"Qarabağ"la görüşdə məsuliyyətsiz hərəkətlərə yol verdik"

"Futbolçuların meydanda etdiklərindən, gördüklərin işin keyfiyyətindən razı qaldım.

 

Açıqlamalarımızda necə oynamaq lazım olması haqda çox danışmışdıq. "Qarabağ"la matçda meydanda yaxşı iş gördük".

 

Sportinfo.az xəbər verir ki, bu fikirləri Polşanın "Lexiya" klubunun baş məşqçisi Adam Ouen bildirib.

 

"Qarabağ"la Antalyada 1:1 hesabıyla nəticələnən yoxlama oyununu dəyərləndirən mütəxəssisin fikrincə, bu matçdan sonra oyunları ilə bağlı çox şey müsbətdi:

 

"İlk yoxlama matçı heç vaxt ən asan olmur. Məlumdu ki, indiki hazırlıq dövründə çox işləmişik. Əlbəttə, futbolçular bunu ayaqlarında hiss edirlər. Hər hissədə fərqli "11-lik" oynatmaqla müxtəlif taktiki sxemləri sınadıq.

 

Ouen "Qarabağ"ı güclü rəqib kimi qələmə verib: "Hər halda, "Qarabağ" bu mövsüm Çempionlar Liqasının qrupunda oynayıb. Əlbəttə, çox şeyi daha yaxşılaşdırmalıyıq, bəzi səhvlərimiz vardı.

 

Futbolçumuz Slavka Peşkinin yersiz hərəkəti oldu, matçdan dərhal sonra onunla söhbətim oldu. Bəzi hallarda məsuliyyətsiz hərəkətlərə yol verdik.

 

Ancaq bilirik ki, daha yaxşı işləməliyik. Qarşılaşmaya bir daha baxaraq komandanın oyununu təhlil edəcəyik ki, növbəti matçımız olan Krakoviya "Universitatı"yla görüşə daha yaxşı hazırlaşaq".

Tarix: 21 Yanvar 21:24    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.