“Qarabağ”da hər şey ürəyimcədi, mənə gözəl şeylər qazandırdı"

“Qarabağ”ın bosniyalı qolkiperi İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, “çərçivə qoruyucusu” yetirməsi olduğu “Jelezniçar”ın U-19 komandasının üzvləri ilə görüşündən tutmuş, Azərbaycan mətbuatına qədər müxtəlif mövzulara toxunub:

 

“Biz “Atletiko”nun Çempionlar Liqasındakı planlarını pozduq. Ümid edirəm ki, “Jelezniçar”ın gəncləri də İspaniya klubunun U-19 komandasına eyni taleyi yaşadar.

 

“Jelezniçar”ın gəncləri ilə görüşümdə bildirdim ki, mən də bu komandanın yetirməsiyəm. Ancaq indi “Stemford Bric”də “Çelsi”yə qarşı Çempionlar Liqası matçında oynayıram. Bildirdim ki, özləri üçün bir hədəf müəyyənləşdirsinlər, sona qədər mübarizə aparsınlar.

 

Təbii ki, asan yola çıxmayıblar, çox maneə ilə üzləşəcəklər. Ancaq səmimi inam varsa, arzularına çatacaqlar. “Atletiko”nun gənclərinin “Qarabağ”la oyununa baxmışam. İspanların səviyyəli oyunçuları var. Amma “Jelezniçar” bu rəqiblə görüşlərdə uğurlu nəticə əldə edə bilər”.


30 yaşlı qapıçı Bosniya və Hersoqovina millisinin yeni baş məşqçisi Robert Prosineçki barədə də fikir bildirib. O, xorvatiyalı mütəxəssisi Azərbaycan yığmasındakı fəaliyyətindən tanıyır:

 

“Prosineçki ilə iki ilyarımdı tanışıq. O, böyük insandı, oyunçular haqda hər şeyi bilir. Həm özü, həm də məşqçi korpusu peşəkarlardan qurulub.

 

Onun təyinatını gözləyirdik. Artıq hər şey bizdən asılıdı. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər. Azərbaycan mətbuatı çox yaxşıdı. Mənim barəmdə müsbət fikirdədilər”.


Şehiç sonda “Qarabağ”da qalmaq istədiyini də xüsusi vurğulayıb: “Qarabağ”da hər şey ürəyimcədi. Bu klub mənə gözəl şeylər qazandırdı. Onlara hər zaman minnətdar olacam. “Qarabağ”da qalmaq istəyirəm, çıxışımdan da razıdılar. Klub rəhbərliyinin hansı qərarı verəcəyini birlikdə görəcəyik”.

Tarix: 21 Yanvar 20:36    Oxunub: 228    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.