"Bizim futbolçuların itləri barədə də məlumatlar yayırlar"

“Vest Hem”in futbolçusu Xavyer Ernandesin “Beşiktaş”a keçəcəyi barədə məlumat yayılmışdı.

 

Sportinfo.az xəbər verir ki, “Vest Hem”in baş məşqçisi Devid Moyes “Bornmut”la oyundan (1:1) sonra bu məsələyə münasibət bildirib.

 

O, Çiçaritonun komandaya lazım olduğunu bildirib: “Hazırda Çiçaritonun ətrafında çoxlu spekulyasiya edilir.

 

Bizim hər bir futbolçumuzun komandanı tərk edəcəyi barədə məlumatlar yayılır. Hətta onların iti barədə də. Ernandes bizə lazımdı. Onun belə qolları bizim üçün adiləşməlidi. Biz daha çox qol vurmağa çalışmalıyıq”.

 

Çiçarito “Bornmut”la oyunda 64-cü dəqiqədə meydana daxil olub və 9 dəqiqədən sonra komandasının bərabərlik qolunu vurub.

Tarix: 21 Yanvar 20:12    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.