"O, futbolu elə gözəl anlayır ki, bu da onu ən yaxşılardan biri edir".

“Arsenal”ın yarımmüdafiəçisi Cek Uilşir İngiltərə Premyer Liqasının 24-cü turunda “Kristal Pelas”la keçirlən oyundan (4:1) sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Uilşir komanda yoldaşı Məsut Özil barədə də danışıb.

 

O, türk əsilli futbolçunu xeyli tərifləyib: “Belə oyun göstərmək bizə lazım idi. Son oyunlarda o qədər də yaxşı çıxış etmirdik, xallar itirirdik. Onu da bilirdik ki, “Kristal Pelas”ın uğurlu seriyası var.

 

Ancaq biz onlara bir müddət əvvəl qalib gəlmişdik. Bunu bir dəfə də edə biləcəyimizə əmin idik. Bizə qarşılaşmanı yüksək sürətlə başlamaq lazım idi ki, bunu da bacardıq.

 

Özil? O, futbolu elə gözəl anlayır ki, bu da onu ən yaxşılardan biri edir. Məsut komanda yoldaşı üçün nə vaxt oynamaq, nə vaxt ötürmə vermək lazım olduğunu əla bilir. Bunu yüksək keyfiyyətlə edir. O, hər şeyi sadələşdirir”.

Tarix: 21 Yanvar 19:24    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.