“Qarabağ”ın maraqlandığı futbolçuya məsləhət verdi

“Qarabağ”ın maraqlandığı zimbabveli hücumçu Xama Billiatın transferi məsələsi vətənində geniş müzakirə olunur.

 

Sportinfo.az xəbər verir ki, Zimbabve millisinin baş məşqçisi Sandey Çidzambva yerli mətbuata açıqlamasında Billiatın karyerasını Avropada davam etdirməsinin tərəfdarı olduğunu deyib.

 

O, bunun həm millinin, həm də futbolçunun xeyrinə olduğunu bildirib: “Billiat millinin əsas üzvlərindən biridi.

 

Fikrimcə, Avropa klublarından birinə qoşulsa, yığmaya daha yaxşı kömək edə bilər. Əlbəttə, seçim onun özünə məxsusdu.

 

Ancaq məncə, Billiat Avropa klublarından birində daha çox inkişaf edə bilər, nəinki Sudanda. Bu o demək deyil ki, burda rəqabət yoxdu. Sadəcə, Avropada futbola maraq daha böyükdü və çox izlənilir”.

 

Billiatın “Mamelodi Sandaunz”la müqavilə müddəti yayda başa çatacaq. 2013-cü ildən bu klubun formasını geyinən hücumçu, meydana çıxdığı 128 matçda 41 qola imza atıb.

Tarix: 21 Yanvar 14:43    Oxunub: 560    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.