Bakı klubu yamaykalı hücumçu Andre Klennonla anlaşdı

"Keşlə" qış fasiləsində növbəti transferini reallaşdırıb.

 

Sportinfo.az xəbər verir ki, Bakı klubu yamaykalı hücumçu Andre Klennonla anlaşıb.

 

Ukraynalı baş məşqçi Yuri Maksimovun bəyəndiyi 28 yaşlı hücumçu artıq Bakıya gəlib və onunla 6 aylıq sözləşmə imzalanıb.

 

Legioner son olaraq Finlandiyada VPS klubunda çıxış edərək 21 oyunda 4 qol vurmağı bacarıb. Klennon ölkəsinin milli komandasında da çıxış edib. O, 4 dəfə Yamayka yığmasının formasını geyib.

 

Andrenin VPS-də komanda yoldaşı olmuş Qambiya millisinin futbolçusu Sohna Ebrihamıın keçidi isə Türkiyədə həll olunacaq.

 

Belə ki, 29 yaşlı yarımmüdafiəçi "Keşlə"nin Antalyadakı təlim-məşq toplanışına gələcək.  Komanda yanvarın 22-dən 23-nə keçən gecə qardaş ölkəyə yollanacaq. 

Tarix: 21 Yanvar 14:30    Oxunub: 419    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.