İsveçdə professional boks ləğv edilə bilər

İsveçin Əməyin Mühafizəsi Agentliyi ölkədə professional boksla məşğul olmağı qadağan edə bilər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "Boxing Scene" məlumat yayıb.

 

Bu, Ümumdünya Boksu Super Seriyasının sabiq iştirakçısı Erik Skoqlundun döyüşlərdən birində kəllə-beyin travması alması hadisəsinə görə ola bilər.  Travma beyinə qanaxmaya gətirib çıxarıb. 

 

İdmançı əməliyyat edilib və bir müddət medikomentoz koma vəziyyətində olub. Bu yaxınlarda Skoqlundu xəstəxanadan buraxıblar və o, indi ev şəraitində bərpa dövrünü keçir.

 

İsveç agentliyi bu hadisəni öyrənmək niyyətindədir və nəticələrdən asılı olaraq qəti qərar qəbul edəcək. Ölkədə peşəkar boksla məşğuliyyət bundan əvvəl də ciddi nəzarət altında idi.

Tarix: 21 Yanvar 14:17    Oxunub: 202    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.