“Bordo”da yeni baş məşqçi

“Bordo” yeni baş məşqçisinin adını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, “Bordo”nu bundan sonra Qustavo Poyet çalışdıracaq.

 

Klub rəhbərliyi bir neçə gün əvvəl Joslen Qurvenneki istefaya göndərmişdi. Onunla yollar uğursuz nəticələrə görə ayrılmışdı.

 

“Bordo” ötən mövsüm onun rəhbərliyi altında çempionatı 6-cı pillədə başa vursa da, cari mövsümdə nəticələr qənaətbəxş deyildi.

 

Komanda 22 turdan sonra 11-ci pillədə qərarlaşıb. Poyetin son iş yeri Çinin “Şanxay Şenxua” klubu olub.

Tarix: 21 Yanvar 14:04    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.