Yeniyetmələr arasındakı oyun zamanı kütləvi dava düşdü - VİDEO

Rusiyada yeniyetmə hokkeyçilər arasında keçirilən ölkə çempionatının oyunundan sonra kütləvi dava düşüb.

 

Sportinfo.az xəbər verir ki,  xoşagəlməz olay “Alaniya” və “Xaski” komandaları arasında baş tutan matçda yaşanıb.

 

Ən kiçiyi 2008-ci il təvəllüdlü olan idmançılar ciddi zədəalmaq təhlükəsi ilə üzləşiblər. Vladiqafqaz təmsilçisinin 6:3 hesabı ilə qalib gəldiyi görüşün final fitindən sonra meydan sahiblərinin 4 hokkeyçisi ilə Nevinnomıssk təmsilçisinin 10 yaşlı üzvü arasında münaqişə baş verib.

 

Nəticədə təxminən bir dəqiqə çəkən kütləvi dava düşüb. Hakimlərin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. Ədalət təmsilçiləri dava iştirakçılarından 3-nü cəzalandırıblar. Toqquşmada xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. 

 

Tarix: 21 Yanvar 11:41    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.