Daşı ətəklərindən tökdülər

 Fevralın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində start götürəcək Qış Olimpiya Oyunlarında KXDR idmançıları da iştirak edəcəklər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax açıqlama verib.

 

O bildirib ki, Oyunlara Şimali Koreyadan 22 idmançı qatılacaq. Müvafiq razılıq İOC-un İsveçrənin Lozanna şəhərindəki mənzil qərargahında iki ölkənin milli olimpiya komitələrinin və Oyunların Təşkilat Komitəsinin rəsmilərinin görüşündə əldə olunub.

 

Pxençxan olimpiadası fevralın 25-dək davam edəcək. Görüş zamanı şimali koreyalı nümayəndələrin olimpiadada iştiraklarına dair bəyannamə imzalanıb.

 

Tərəflər Açılış Mərasimində iki ölkənin nümayəndə heyətlərinin birgə keçidinə və vahid qadın hokkey yığmasının iştirakına dair razılığa gəliblər.

Tarix: 21 Yanvar 09:05    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.