Araz Abdullayevi oynadan “Anortosis” 3 qola sevindi - VİDEO

Kipr çempionatında 21-ci turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Etnikos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

 

Geridə qalan turlarda 44 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.

 

Tarix: 21 Yanvar 08:39    Oxunub: 144    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.