Türkiyənin Azərbaycandakı keçmiş səfiri "Qalatasaray"ın yeni rəhbərliyinə seçildi

“Qalatasaray”da növbədənkənar konfrans keçirilib.

 

Sportinfo.az xəbər verir ki, konfransda klubun yeni prezidenti də seçilib.

 

Hazırkı prezident Dursun Özbəklə Mustafa Cengizin yarışdığı səsvermədə ikinci qalib gəlib. O, "Qalatasaray"ın 37-ci prezidenti olub.

 

1623 səs toplayan Özbək 1703 səs yığan Cengiz qarşısında aciz qalaraq postunu təhvil verib. Artıq klubun yeni İdarə Heyəti müəyyənləşib.

 

Mustafa Cengizin siyahısında Türkiyənin Azərbaycandakı səfiri Ahmet Ünal Çeviköz də yer alıb.

 

Çeviköz Azərbaycanda 2001 - 2004-cü illərdə çalışıb. İdarə Heyətində aşağıdakı şəxslər yer alıb:

 

Əsl üzvlər: Celal Açar, Ahmet Sabri Şenkal, Acar Baltaş, Nejat Güney, Okan Böke, Adil Araboğlu, Emre Erdoğan, Cenk Soyer, Hacı Hüseyin Toprak, Ahmet Ünal Çeviköz.

 

Ehtiyat üzvlər: Mahmut Recevik, Mehmet Ömer Cansever, Dinç Üner, Erol Özmandıracı, Arif Badur.

Tarix: 21 Yanvar 00:30    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.