“Səhvlərimiz oldu, amma onlardan razı qaldım" - Qurbanov


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın “Lexiya” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib: 

 

“Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi. Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər.

 

Toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım”.

Tarix: 20 Yanvar 21:24    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.