“Hanza“ 1 qəpik vermədən millimizin üzvünü almaq istəyir

“Dinamo” (Berlin) qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib.


Sportinfo.az xəbər verir ki, Rüfət Dadaşovun formasını geyindiyi kollektiv Ratenov “Optik”i ilə üz-üzə gəlib.

 

Dörd qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsiylə başa çatıb – 3:1. Rüfət bu görüşün iştirakçısı olub və komandasının qollarından birini də məhz o rəqib qapısından keçirib.


Cari mövsüm əla forma yığan və IV Bundesliqanın geridə qalan 18 turunda 19 qola imza atan 26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən 5 klubun transfer hədəfindədi. 

 

“Şportfroynde”, “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” 2013/2014-cü illərdə millimizin heyətində 14 oyun keçirib və 4 qol vurmağa müvəffəq olan Dadaşovu rənglərinə bağlamaq niyyətindədi. 

 

“Karl Zeyss” bu keçiddə daha israrlıdı. Adıçəkilən komandanın baş məşqçisi Mark Zimmermann mütləq bir hücumçu alınmasını istəyib. O, Dadaşovun komandanın ön xətt oyunçusu Timmi Teile ilə birlikdə təhlükəli cütlük təşkil edəcəyini düşünür.


 
Artıq bunun üçün rəsmi təklif də ünvanlanıb. "Dinamo" rəhbərliyi isə Rüfəti müəyyən məbləğ qarşılığında satmaq istəyir. Çünki onun Berlin təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.

 

Forvardın transferi ilə bağlı danışıqlar artıq start götürüb. Alman həmkarlarımız «dinamoçular»ın bu sövdələşmədən minimum 150 min avro qazanmaq istədiyini yazır.


Menelik Çaka NquEvedonun “Münhen 1860”a keçidi “Hanza” rəhbərliyini yeni hücumçu axtarışına vadar edib. Rostok təmsilçisi Dadaşovu ona ən layiqli əvəzləyici hesab edir.

 

Lakin 1 qəpik artıq xərcə düşmədən. “Hanza” danışıqlara start verib və futbolçuya bəribaşdan xəbərdarlıq edib ki, “Dinamo“ ilə məsələni özü çözsün, onlar təzminat ödəməyəcəklər.

Tarix: 20 Yanvar 21:12    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.