"Barselona"da 7 nömrəli formaya heç kim yiyə durmadı

Arda Turanın “Barselona”dan “Başakşəhər”ə keçidindən sonra onun Kataloniya klubunda geyindiyi 7 nömrəli formaya heç kim yiyə durmayıb.

 

Sportinfo.az xəbər verir ki, əvvəlcə türkiyəli futbolçunun nömrəsinin “Barsa”nın “Liverpul”dan 160 milyon avro qarşılığında heyətinə qatdığı Filippe Koutinyoya veriləcəyi gözlənilsə də, braziliyalı yarımmüdafiəçi “14”-ü seçib

 

 Belədə, Ardanın “Barselona”da geyindiyi 7 nömrəli futbolkanın mövsümün ikinci yarısında boş qalacağı məlum olub.

 

Xarici mətbuatda yer alan məlumata görə, “Barsa” 7 nömrəli formanı yayda “Atletiko”dan transfer etməyi planlaşdırdığı Antuan Qrizmann üçün saxlayıb. Fransalı hücumçunun xidmətində “Mançester Yunayted” də maraqlıdı.

Tarix: 20 Yanvar 20:48    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.