“Neftçi”nin bu transferi baş tutmadı: “Şərtlərlə razılaşmadılar”

Antalyada mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” heyətini yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədi.

 

Mətbuatda yayılan məlumatlara görə, “ağ-qaralar” Türkiyə PTT I Liqasında mübarizə aparan “Ərzurumspor”un futbolçusu Bubakar Mansaliyə rəsmi təklif göndərib. 


Peşəkar karyerasına “Sent-Etyen”də başlayan 29 yaşlı seneqallı daha sonra Fransanın digər təmsilçisi “Dransi”nin şərəfini qoruyub.

 

2012-2015-ci illərdə Buxarest "Dinamo”sunda forma geyinib. Növbəti komandası isə Rumıniyanın digər təmsilçisi "Astra" olub. 


İki mövsüm burda oynadıqdan sonra “Erzurumspor”a transfer olunub. Mövsümün ilk yarısını Türkiyə klubunda keçirən dayaq yarımmüdafiəçisi cəmi 3 dəfə forma geymək şansı qazanıb.


Klubun mətbuat xidmətindən Sportinfo.az-a bildirilib ki, Mansarinin transferi baş tutmayacaq: “Onunla neçə vaxtdı maraqlanırdıq.

 

Qarşı tərəf irəli sürdüyümüz şərtlərlə razılaşmadı. Nə özü, nə də meneceri. Ona görə də bu keçidin reallaşmaq ehtimalı artıq yoxdu“.

Tarix: 20 Yanvar 20:36    Oxunub: 554    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.