Polis işləyən məşhur referi Hakimlər Komitəsinin sədri oldu

Sabiq FIFA referisi Hovard Uebb yeni vəzifə verilib.

 

Sportinfo.az xəbər verir ki, ingiltərəli mütəxəssis ABŞ Peşəkar Futbol Liqasının (MLS) Hakimlər Komitəsinin sədri təyin olunub.

 

47 yaşlı sabiq baş hakim bu postda Piter Uoltonu əvəzləyib. O, yeni təyinatadək MLS üçün videotəkrar hakimlərinin hazırlanmasına və onların matçlara təyin edilməsinə cavabdehlik daşıyırdı.

 

Hovard Uebb 2003 - 2014-cü illərdə İngiltərə Premyer Liqasının oyunlarını idarə edib. 2005-ci ildən FIFA referisi olan ədalət təmsilçisi, dünya çempionatlarının final mərhələsində sarı vərəqə sayında rekdordçudu.

 

Həm də polis çavuşu işləyən Uebb 2010-cu ildə Çempionlar Liqasının və dünya çempionatının finalını idarə edib.

Tarix: 20 Yanvar 20:00    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.