“Mançester Yunayted”in ulduzu mövsümün sonunda gedir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maykl Kerrik bu mövsümün sonunda futbolçu karyerasını bitirəcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı ESPN yayıb.

 

Xəbərdə 36 yaşlı futbolçunun yayda butslarını mismardan asaraq, mankunianlarda Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər heyətinə qatılacağı qeyd edilib.

 

2001-2015-ci illər aralığında İngiltərə millisinin də üzvü olmuş yarımmüdafiəçi, 2006-cı ildən “qırmızı şeytanlar”ın uğurları üçün çalışır. Kerrikin MY ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Tarix: 20 Yanvar 20:12    Oxunub: 122    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.