"Sumqayıt" rəhbərliyi, məşqçi və futbolçu heyəti şəhidləri andı

Azərbaycan xalqı bu gün qanlı yanvar faciəsinin 28-ci ildönümünü qeyd edir.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

 

Nəticədə yüzlərlə həmvətənlərimiz şəhid olmuşdular. Faciədən artıq 28 il keçir və xalqımız hər il olduğu kimi bu il də şəhidlərimizi dərin ehtiramla yad edir.

 

Sportinfo.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubu Azərbaycan xalqının kədərinə şərik çıxır, Vətənimizin azadlığı uğrunda canlarından keçən insanların yaxınlarına səbr diləyir.

 

Bu məqsədlə, "Sumqayıt" rəhbərliyi, məşqçi və futbolçu heyəti Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək 20 yanvar şəhidlərini anıb.

Tarix: 20 Yanvar 18:36    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.