"Özümdən asılı olan hər şeyi edəcəm"

"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".

 

Sportinfo.az xəbər verir ki,  bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

 

VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib.

 

O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərin də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəm".

 

Bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var.

Tarix: 20 Yanvar 18:12    Oxunub: 113    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.