"Səbail": İndi 3-ü məlumdu

“Səbail” təlim-məşq toplanışı məqsədilə Türkiyəyə yollanıb.

 

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin komandası bu gün Bakı-İstanbul-Antalya hava reysi ilə qardaş ölkəyə gedib.

 

"Səbail" Antalyada 2 həftə hazırlıq keçəcək. Bu müddət ərzində paytaxt təmsilçisi 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən üçü məlumdu.

 

Komanda yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq.

 

Azərbaycan klublarından daha öncə “Qəbələ”, “Qarabağ”, “Neftçi” və “Kəpəz” klubları, eləcə də divizion təmsilçisi "Xəzər" Antalyaya yollanmışdı. “Sumqayıt”, “Keşlə” və “Zirə” də qardaş ölkəyə gedəcək.

Tarix: 20 Yanvar 17:48    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.