Yığmamızın hücumçusunun yeni klubunda debütü təxirə düşdü

Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Karabükspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Bir neçə gün öncə “Bursaspor”dan transfer olunan Dəniz yeni klubundakı ilk oyunun iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Gənclərbirliyi" geridə qalan turlarda topladığı 17 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Tarix: 20 Yanvar 17:36    Oxunub: 101    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.