"Azərbaycan yığması bizimlə bərabər səviyyədədi"

"Adətən, istirahətdən sonra məşqlər çətin olur. Biz də belə halla üzləşdik. Çoxlu çalışmalı, uzunmüddətli istirahətdən sonra yaxşı nəticəyə nail olmaq üçün daha yaxşı hazırlaşmalıyıq".

 

Sportinfo.az xəbər verir ki, bunu Moldova millisinin futbolçusu Aleksandr Dedov yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycanla keçirəcəkləri yoldaşlıq görüşlərinə hazırlıq prosesini dəyərləndirərkən deyib.

 

Hazırda "Milsami"də çıxış edən 29 yaşlı hücumçu yeni baş məşqçi Aleksandr Spiridon barədə çox yaxşı təəssüratlarının formalaşdığını bildirib:

 

"Təcrübəli olduğu göz qabağındadır. Ümidvaram ki, onun dediklərindən və etdiklərindən ən yaxşılarını özümüzə götürəcəyik və bunlar bizim xeyrimizə olacaq".

 

Dedov Cənubi Koreya və Azərbaycan milliləri barədə fikirlərini də bölüşüb: "Cənubi Koreya barədə bildiklərim azdır. Azərbaycanla isə artıq oynamışıq. Təxminən bizimlə bərabər səviyyədə olan yaxşı komandadır. Biz bu rəqiblə bərabər səviyyədə oynamalıyıq. Niyə də müsbət nəticə göstərməyək?!"

 

Əvvəlki 9 matçda Moldovanın 3 qələbəsinə Azərbaycan millisi 2 qalibiyyətlə cavab verib. 4 görüşdə isə qalib müəyyənləşməyib.

 

Bu komandalar arasındakı son oyun 2015-ci il noyabrın 17-də Bakı Olimpiya Stadionunda təşkil olunub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Həmin görüşdə Aleksandr Dedov sonadək meydanda olub və 75-ci dəqiqədə sarı vərəqə ilə yadda qalıb.

Tarix: 20 Yanvar 16:36    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.