"Kişi olun!" - Məşqdə futbolçular arasında dava - FOTO

"Bavariya"nın futbolçuları Sebastyan Rudi ilə Xames Rodriges arasında dava baş verib.

 

Sportinfo.az xəbər verir ki, iki oyunçu bir-biri ilə məşqi zamanı dalaşıb.

 

Rudi ikitərəfli qarşılaşmanın gedişində ona qarşı sərt oynayan Rodrigesin üzərinə yeriyib. Son dərəcə əsəbi olan futbolçunu komanda yoldaşları sakitləşdirməyə çalışıb.

 

Kolumbiyalı hücumçu ona eyni tərzdə cavab verdiyi üçün ara qarışıb. Komanda yoldaşlarının müdaxiləsindən sonra ara sakitləşib.

 

Baş məşqçi Yupp Haynkes Rodrigesin sərt oyununun normal, futbolun isə kişi oyunu olduğunu açıqlayıb.

 

Tarix: 20 Yanvar 15:24    Oxunub: 412    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.