Hansısa Azərbaycan klubu bir də Çempionlar Liqasına vəsiqə qazana biləcəkmi?

Avrokuboklarda 2017/18 mövsümü Azərbaycan üçün başa çatıb. Arxada qoyduğumuz bu mövsüm tarixi uğurla yadda qalıb.

 
Futbolumuz tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında Azərbaycan təmsilçisi də yer alıb. “Qarabağ”ın bu tarixi nailiyyəti futbolumuzda yeni səhifədi.
 
Amma klublarımızın qarşısında bu uğurun təsadüf olmadığını sübut etmək, ölkəmizi Çempionlar Liqasının əbədi sakininə çevirmək məsuliyyəti durur. Necə ki, bunu Avropa Liqasında gerçəkləşdirmişdik.
 
2012/13 mövsümündə qrupa düşən ilk komandamız kimi tarixə düşən “Neftçi”nin uğuru bir illik fasilədən sonra təkrarlansa da, ikinci dərəcəli turnirdə yerimiz möhkəmlənmişdi.

 

Ardıcıl 5 turnirdən dördündə, üç müxtəlif klubumuz ümumilikdə 6 iştiraka imza atmışdı. 3 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ”, 1 dəfə “Neftçi”nin yer aldığı bu turnirin qrupunda Azərbaycanın təsadüfi qonaq olmadığı təsdiqlənmişdi.
 
İndi eyni təsdiqi daha güclü turnirdə - Çempionlar Liqasında gerçəkləşdirmək lazımdı. Ehtiyatda 1 oyunu və 3 xallıq üstünlüyü olan “Qarabağ” və ya izləyicilərinin çempionluğu bayram etməsindən asılı olmayaraq, qitənin ən nüfuzlu turnirindəki təmsilçimizi çətin, məsuliyyətli və eyni zamanda ölkənin şərəfi qorumaq kimi sınaq gözləyir.
 
Premyer Liqadakı duruma baxsaq, böyük ehtimalla “Qarabağ”ın, ya da “Qəbələ” ilə “Zirə”dən birinin bu vəzifənin öhdəsindən gəlməsinin çətin olacağı deyilir. Avrokuboklardakı format dəyişikliyindən sonra qrupun bizim üçün daha uzaq olduğu, çempionumuzun işinin ağırlaşacağı bildirilir.
 
Çempionlar Liqasının 2018/19 mövsümünün formatına nəzər salıb, ehtimal olunan rəqiblərin kimliyinə baxmaqla qrup perspektivinə müəyyən mənada aydınlıq gətirmək mümkündü.
 
Yeni mövsüm əvvəlki qaydada 32 komandanın qrupda mübarizəsi ilə təşkil olunacaq. Bu klublar da yenə 3 yolla əsas raunda çıxacaq. Amma bu yollardakı bölgü dəyişdirilib.
 
Qrupa birbaşa yüksələn komandaların sayı 22-dən 26-ya çatdırılıb. Bununla da təsnifatdan gələnlərin sayı 10-dan 6-ya enib.
 
Əvvəl bu komandalardan 5-i Çempionlar, 5-i Qeyri çempionlar yolu ilə gəlirdi. İndi sonunculara cəmi 2, Azərbaycanın da təmsil olunduğu Çempionlar yoluna isə 4 vəsiqə veriləcək.
 
Bizə də məhz bu 4 vəsiqə uğrunda mübarizə maraqlıdı. Çempionlar Liqası tarixində ilk dəfə yarış təsnifat mərhələləri deyil, ilkin mərhələ ilə başlayacaq. Avropanın ən zəif 4 çempionatının qalibi olimpiya sistemi, kobud dildə desək, yarımfinal və final oyunları ilə təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək.
 
İlkin mərhələ
Cəbəllütariq
Andorra
San-Marino
Kosovo
 
Zəiflərin ən xoşbəxti I təsnifat mərhələsindən mübarizəyə qatılacaq 33 komandaya qoşulacaq. Azərbaycan çempionu da artıq bu raundda oynamalı olacaq. Bu 33 komandadan 13-ü də artıq bəllidi.

 

Burda Azərbaycan çempionuna başağrı ola biləcək “Astana” da, BATE də var, Danimarka, Şotlandiya, Kipr və İsrail təmsilçisi də. Lakin “Qarabağ”ın da, “Qəbələ”nin də UEFA reytinqi belə düşünməyə əsas verir ki, ilk raundda təmsilçimiz səpələnmiş olacaq və çətinliklə üzləşməyəcək.
 
I təsnifat mərhələsi
İlkin mərhələnin 1 qalibi

Danimarka
BATE (Belarus)
Polşa
“Malmö” (İsveç)
İsrail
Şotlandiya
Kipr
“Rusenborq” (Norveç)
Azərbaycan
Bolqarıstan
Serbiya
“Astana” (Qazaxıstan)
Sloveniya
Slovakiya
Macarıstan
“Şerif” (Moldova)
“Valyur” (İslandiya)
HİK (Finlandiya)
Albaniya
“Kork Siti” (İrlandiya)
Bosniya və Herseqovina
“Torpedo” (Gürcüstan)
“Spartak” (Latviya)
Makedoniya
“Flora” (Estoniya)
Monteneqro
Ermənistan
Lüksemburq
Şimali İrlandiya
“Suduva” (Litva)
Malta
Uels
“Vikinqur” (Farer adaları)
 
II təsnifat mərhələsi Azərbaycan klubu üçün ilk ciddi sınaq ola bilər. Çünki əvvəlki mərhələnin 17 qalibinə, daha 3 ölkənin çempionu qoşulacaq. Bu 20 kollektiv arasında səpələnmiş olmaq ehtimalı olsa da, bunun əksi də istisna deyil. Bir sözlə, artıq II təsnifat mərhələsində güclü və ya təxminən eynisəviyyəli rəqiblə duel mümkündü.
 
II təsnifat mərhələsi
I təsnifat mərhələsinin 17 qalibi

Avstriya
Xorvatiya
Rumıniya
 
III təsnifat mərhələsində cəmi 12 komanda oynayacaq. Əvvəlki raundun 10 xoşbəxtinə Hollandiya və Yunanıstan çempionları qoşulacaq. Təsəvvür edin ki, sonuncu iki ölkəni “Olimpiakos”, “Feyenoord”, “Ayaks” kimilər təmsil edəcək. Bu 12 klubun səbətlərə bölünməsində səpələnmək ümidləri çox aşağıdı. Təbii ki, bura qədər irəliləmək mümkün olsa.
 
III təsnifat mərhələsi
II təsnifat mərhələsinin 10 qalibi

Hollandiya
Yunanıstan
 
Pley-off kimi tanınan təsnifatın IV mərhələsində cəmi 4 cütlük olacaq. Bura əvvəlki raundun 6 qalibi və Çexiyayla İsveçrənin çempionları qoşulacaq. “Bazel”in gücünü, çexiyalıların bizim üçün əlverişsiz rəqib olduğunu nəzərə alsaq, bu raund əvvəlkilərdən də çətin olacaq.

 

Bu mərhələdə kifayət qədər güclülərin toplaşacağını nəzərə alsaq, səpələnmişlər səbətinə düşmək heç real görünmür. Digər səbətdə olmaq güclü rəqib vəd edir. Amma yazılan tarixi davam etdirmək, qazanılan uğurun təsadüf olmamasını isbatlamaq üçün nə “Olimpiakos”dan, nə də “Bazel”dən çəkinməməliyik. Əgər ortabab imicini saxlamaq istəyiriksə, belələri ilə döyüşməyə hazır olmaq lazımdı (apasport.az).
 
Pley-off
III təsnifat mərhələsinin 6 qalibi

Çexiya
İsveçrə


Diqqətli və obyektiv olsaq, «Qarabağ»ın mubarizəsini yekunlaşdırdığı Çempionlar Liqasına tam hazır olmaması qaşıdakı müddəti sınaq dövrü edir.

 

Başqa sözlə, bu turnir indiyə qədər komanda üçün birbaşa hədəf deyildi - mədə aclığının fərqinə varmadan «tutar qatıq, tutmaz ayran» prinsipi ilə iştahı diş altında tutan mövqe seçildi. İndi isə bu mövqe, sadəcə, bəhanə, əslində, bacarıqszlığa işarə olacaq.

 

Təbii ki, Azərbaycan futbolunun hegemonu bu hədəfləri hələ 2 il əvvəldən müəyyən etməliydi. Yolüstü, heç olmasa, 1 sanballı transferi (Pedro Enrike) gerçəkləşdirməsi onun vəziyyətə görə atdığı yeganə normal addım idi və göründüyü kimi özünü doğrultdu, komandaya böyük dəstək oldu.

 

Bu isə transferlərin inci dəqiqliyi ilə olmasa da, düşünülüb-daşınılmış qaydada aparılması üçün daha bir örnək və daha bir dərsdi. Məhz buna görə strateji hədəflərə kafi qiymət verib, daha dolğun işlərə ehtiyac yarandığını qeyd edirik.


Komandanın bu yarışda əldə etdiyi ən böyük təcrübə təkcə futbolun oyun elementləri ilə bağlı olmadı. Yarış hələ təsərrüfat, təşkilati, infrastruktur, təfəkkür, müasir anlayışla biznes struktur kimi formalaşmağa da yön göstərdi və illərlə söylədiyimiz çatışmazlıqların aradan qaldırılması üçün bir siqnal oldu və digər klublara bunu əyani göstərdi.

 

Son ev matçında göstərilən tribuna möhtəşəmliyi, sadəcə, təşkilati işlərdə ən kiçik məsələlərdə belə, hələ çox işlər görülməli olduğunu nümayiş etdirdi. «Qarabağ» brendi ilə bağlı yarışin ilk dönəmlərindəki bəyanat da bu natamamlığın təzahürü idi.

 

Bir sözlə, marketinq və merçandayzinq boşluğu kifayət qədərdi. Vaxtında atılmayan addımların bariz nümünəsi kimi çatışmazlıqlar hər addımda hiss olunur. 

 

KAMİL

Tarix: 20 Yanvar 15:00    Oxunub: 523    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.