"Oğluma bir neçə klubdan təklif var, biz sakitcə gözləyirik"

Aryen Robbenin “Bavariya” ilə müqaviləsi 2018-ci ilin yayında başa çatır.

 

Sportinfo.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı müzakirələr başlamayıb.

 

“Bavariya” rəhbərliyi bu məsələdə tələsməmək fikrindədi. Ancaq bu amil Robbeni narahat etmir. Onunla bir neçə klub maraqlanır.

 

Bu barədə məlumatı hollandiyalı futbolçunun atası Hans Robben verib: “Biz sakitcə gözləyirik ki, “Bavariya” Robbenlə bağlı qərar versin.

 

Bunun üçün vaxt məhdudiyyəti yoxdu. Əlbəttə, “Bavariya” fikrini daha tez bildirsə, yaxşı olar. Oğluma bir neçə klubdan təklif var”.

Tarix: 20 Yanvar 12:00    Oxunub: 176    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.