"Messiyə qədər ona bənzəyən heç kimə rast gəlmədim"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da karyerasını bitirməklə bağlı qərar verən Ronaldinyo barədə danışıb.

 

Ronaldinyo “Barselona”da xarüqələr yaradanda Qvardiola komandanın əvəzedicilərini çalışdırırdı.

 

Pep əsas komandaya başçılıq etməyə başlayanda isə Ronaldinyo klubu tərk etdi. Sportinfo.az xəbər verir ki, Qvardiola braziliyalı haqda xoş sözlər deyib:

 

“Ronaldinyo futbolun populyarlaşması, şöhrətlənməsi üçün ən çox iş görən futbolçudu. Onun oynadığı zamanda bu göstəricilər aşağı idi, məhz onun sayəsində yüksəldi.

 

Laporta kimi dahi prezidentin və meydanda olan Ronaldinyonun sayəsində “Barsa”nın yolu müəyyənləşdi.

 

Ronaldinyo uzun illər yüksək səviyyədə oynadı. Lionel Messiyə qədər ona bənzəyəcək heç bir futolçuya rast gəlmədim. Onun qalib ruhu fantastik idi”.

Tarix: 20 Yanvar 14:36    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.