"Yeni baş məşqçi ilk ünsiyyətdəcə məndə yaxşı təəssüratlar oyandı"

Moldova millisinin debütantı Radu Roqak Türkiyənin Antalya bölgəsində Cənubi Koreya və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışıblar.

 

Sportinfo.az xəbər verir ki, hazırda Özbəkistanın "Dinamo" (Səmərqənd) komandasında çıxış edən Roqak hər iki qarşılaşmadan gözləntilərinin böyük olduğunu bildirib.

 

Roqak bunu milliyə ilk dəfə dəvət alması ilə əlaqələndirib: "Yığmaya çağırıldığım üçün çox şadam. Mənə şans verən məşqçilər heyətinə minnətdaram.

 

Yeni baş məşqçi Aleksandr Spiridonla ilk ünsiyyətdəcə məndə yaxşı təəssüratlar oyandı. Spiridon öz işinin peşəkarıdır. Taktika və oyunla bağlı digər məqamları məşqçilər heyəti müəyyənləşdirəcək".

Tarix: 20 Yanvar 12:36    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.