Azərbaycanlı klub sahibinin daha bir əmlakı həbs olundu - FOTO

"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun “Palmali Dənizçilik Şirkəti”nə məxsus "Ağsu" yük tankeri Danimarkanın Kalundborg limanında həbs olunub.


Sportinfo.az xəbər verir kibu barədə Türkiyənin "Deniz Haber Ajansı" məlumat yayıb.


Buna səbəb "PAL SHIPPING TRADER THREE" şirkətinin mülkiyyətində olan gəmidə çatışmazlıqların meydana çıxmasıdır. 

 

Məlumatda bildirilir ki, gəmi İsveçin Göteborg limanından hərəkət edərək, yanvarın 11-də Danimarkanın Kalundborg limanına yan alıb və danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalara başlanıb.

 

Tankerin nəzarət altına verildiyi qeyd olunub. Nəticədə "Ağsu" gəmisinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb. 

 

Xəbərdə həmçinin texniki çatışmazlıqları aradan qaldırmadığına görə artıq 8 gündü gəminin səfərə çıxmasına icazə verilmədiyi bildirilib.

Tarix: 20 Yanvar 14:12    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.