"Azərbaycanla görüşdə hansı səviyyədə olduğumuzu görəcəyik"

"Yeni baş məşqçimiz heyətdə dəyişiklik etdi, bir neçə futbolçu bu dəfə milliyə dəvət almadı. Bu səbəbdən bəzi gənc oyunçular özlərini göstərmək imkanı əldə ediblər".

 

Sportibnfo.az xəbər verir ki, bu sözləri Moldova millisinin üzvü Valeri Makritski deyib.

 

İlk dəfə milliyə dəvət edilən "Petrokub"un oyunçusu yerli mətbuata açıqlamasında yeni baş məşqçi Aleksandr Spiridonun onlardan hücum futbolu tələb etdiyini söyləyib:

 

"Bu, bizim üçün yaxşı şansdı. Bundan yararlanmalı və yeni baş məşqçiyə bütün keyfiyyətlərimizi göstərməliyik.

 

Çünki bundan sonra yığmaya dəvət almaq çox önəmlidi. Spiridonun Avropada çalışdığı dərhal hiss olunur. Çünki o, Avropa metodlarından istifadə edir və hücumameyilli futbol oynamağımızı istəyir”.

 

Gənc futbolçu Cənubi Koreya və Azərbaycanla Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq görüşləri barədə də fikirlərini bölüşüb:

 

"Rəqiblərimiz barədə hələlik ətraflı təhlil aparmamışıq. Ancaq bilirəm ki, həm Cənubi Koreya, həm də Azərbaycan millisi güclü komandadı. Bu iki görüşdə hansı səviyyədə olduğumuzu görəcəyik və nəyi dəyişməli olduğumuzu biləcəyik".

 

Moldova yığması yanvarın 27-də Antalyada Cənubi Koreya, 30-da isə Azərbaycanla qarşılaşacaq.

Tarix: 20 Yanvar 14:00    Oxunub: 129    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.