“Çelsi” “Qarabağ”a qarşı oynamış futbolçularla razılaşdı

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş iki komanda - “Çelsi” və “Roma” transfer əməliyyatı keçirəcəklər.

 

Sportinfo.az xəbər verir ki, “Çelsi” “Roma”nın iki futbolçusuna - müdafiəçi Emerson Palmieri və hücumçu Eden Dzekoya təklif göndərib.

 

Hər iki futbolçunun təklifi qəbul etdiyi bildirilir. Hazırda klublar arasında danışıqlar başlayıb. “Çelsi” futbolçulara görə 50 milyon avro təklif edir.

 

“Roma”nın isə 65 milyon tələb etdiyi bildirilir. Məlumata görə, “Çelsi” 50 milyon+10 milyon bonus variantına da razıdı.

Tarix: 20 Yanvar 13:36    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.