FOTOLAR - "Kəpəz" Antalyada 20 Yanvar şəhidlərini andı

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” qardaş ölkədə məşqlərə start verib.

 

Sportinfo.az xəbər verir ki, komanda gündə iki dəfə hazırlıq keçir.

 

Heyətdə 18 futbolçu yer alıb. “Sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, yoxlama oyunlarına çıxacaqlar.  

 

Komanda yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə oynayacaq. 

 

“Kəpəz”in bu gün baş tutan səhər məşqindən öncə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Komandanın baş məşqçisi Yunis Hüseynov qanlı hadisə ilə bağlı fikirlərini bölüşərək 20 Yanvarın xalqımızın azadlıq mübarizəsində xüsusi rol oynadığını bildirib.

 

Təcrübəli mütəxəssis bu faciə ilə bağlı legionerləri məlumatlandırmaqla “qanlı şənbə gecəsi”nin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu söyləyib. 

 

Futbolçular 20 Yanvar faciəsinin əsla unudulmayacağını və xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulayıblar. “Kəpəz”in təlim-məşq toplanışı fevralın 2-də başa çatacaq.

Tarix: 20 Yanvar 13:12    Oxunub: 219    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.