"Sumqayıt"a bağlanmışam"

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov "Səbail"ə məğlub olduqları yoxlama oyunundan sonra sualları cavablandırıb. 
 
Rəqibə nisbətən istəksiz təsir bağışlayırdız. Oyunla bağlı nə deyə bilərsən?
- Yoldaşlıq oyunudur. Nə qədər istəsən də belə matçlara ciddi hazırlaşa bilmirsən. Bu gün ağır məşqimiz olub. Biz o məşqdən sonra oyuna çıxmışıq. Səhvlərimiz də oldu. Məşqlərlə bu səhvləri düzəltməyə çalışacağıq.
 
 Sanki yorğun görsənirdin. Baş məşqçi səni ona görə əvəzlədi?
- Yoldaşlıq görüşü olduğu üçün baş məşqçi hamını sınamaq istəyir.
 
Qış fasiləsini necə dəyərləndirirsən? Komandaya yeni cəlb olunan futbolçularla bağlı nə deyə bilərsən?
- Yeni gələn futbolçular baş məşqçimizin seçimi ilə komandaya qatılıb. İnanıram ki, onların bizə xeyiri olacaq.
 
"Sumqayıt”ın avrokuboklar şansı davam edir. Toplanışın ikinci mərhələsindən nə gözləyirsiniz?
- Toplanışda güclü rəqiblərlə qarşılaşacağıq. Belə matçlarda səhvlər ola bilər. Onları analiz edib, yaxşı nəticələr çıxartmaq lazımdır. Düşünürəm ki, bizi yaxşı günlər gözləyir. Yaxşı kollektivimiz və yaxşı baş məşqçimiz var. Hər şey yaxşı olacaq.
 
Şəxsi hədəflərin barədə nə deyə bilərsən? Millidə də çıxış etmisən...
- Əlbəttə dayanmaq olmaz. 30 yaş çox deyil. Çalışacam ki, var gücümlə oynayım. Yaxşı nəticələr əldə etmək istəyirəm. Hər şey özümdən asılıdır. Bu gün dayansam düzgün olmaz. Bilsəm ki, gücum yoxdur və oynaya bilməyəcəm onda vidalaşaram. Futbolda sürünməyi düşünmürəm.
 
Kariyeran üçün mükafat "Sumqayıt”la avrokuboklara vəsiqə qazanmaq ola bilər?
- Ən böyük istəyim odur. Tək mən yox kollektiv o barədə düşünür. Hamısı yerli futbolçulardır. Hər birinin istəyi avrokuboklardır. Biz əlimizə düşən fürsətdən istifadə etməliyik.
 
Artıq beşinci ildir ki, "Sumqayıt"da oynayırsan. Bu qədər uzun müddət burada qalmağının səbəbi nədir: kluba bağlılıq, yoxsa başqa klublardan təklif almamağın?
- Sözün düzü, bu beş ildə başqa klublardan da təkliflər olub. Sadəcə, bu kluba bağlanmışam. Əmim də Sumqayıtda yaşayır. Bir sözlə, burada hər şey ürəyimcədir.
 
Belə başa düşdük ki, yalnız "Turan" Premyer Liqaya qayıtsa, o zaman "Sumqayıt"dan ayrıla bilərsən...
- Qismət. 
Tarix: 19 Yanvar 18:00    Oxunub: 216    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.