"İki-üç ilə Azərbaycandan bir ulduz çıxacaq" - Türkiyəli funksioner

«Komandamızda 14 legioner var. Hazırda Azərbaycandan heç bir futbolçu ilə maraqlanmırıq».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Konyaspor»un meneceri Cenk Özcan deyib.


Türkiyə klubunun skautu millimizin heç bir futbolçusu ilə təmasa keçmədiklərini söyləsə də, yaxın gələcəkdə Azərbaycanda bir ulduzun parlayacağını iddia edib:

 

«Yaxınlarda Şəmkirdə olanda 2005-ci il təvəllüdlü bir uşaq gördüm. Allah ona hər istedadı verib. İzlədim və çox bəyəndim. İki-üç ilə gələcəyin ulduzu adına namizəd olacaq.

 

Həmin vaxt o uşağın harda oynayacağını deyə bilmərəm. Şərait yaransa, şərtlər əl versə, Türkiyəyə apararam. İndi biz əsasən yeniyetmə və gənclərlə maraqlanırıq.

 

O futbolçuları «Konyaspor»a gətirmək istəyirik ki, sonradan Türkiyə vətəndaşlığını alsın. Əsasən türk kökənli, ulduz olmağa aday gənclərin sorağındayıq.

 

Belələrini Azərbaycanda da tapıb gələcəkdə ölkəmizə apara bilərik. Ümumiyyətlə, Azərbaycanda istedadlı uşaqlar çoxdu".

Tarix: 19 Yanvar 17:24    Oxunub: 583    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.